Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi
16:06
| Ana səhifə Toplum |
|
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Axar.az-a bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.
“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - deyə qurumdan vurğulanıb.
Qeyd edək ki, bir müddət öncə Səmayə Həşimova arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdi.
|
Tarix
2026.11.13 / 16:00
|
Müəllif
Ləman Rüfət
|