Yuxarı

Azercell və AKM “FireWall 2026” hakatonuna start verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azercell və AKM “FireWall 2026” hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir.

Axar.az xəbər verir ki, təşəbbüs gənc mütəxəssisləri, proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini hədəfləyir.

Hakaton 5–6 dekabr 2026-cı il tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində işləyəcəklər. İştirakçılar 24 saat ərzində həllərinin ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini təşviq etməkdir.

Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 AZN (I yer), 3000 AZN (II yer) və 2000 AZN (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət edirik. Qeydiyyat 12-30 noyabr 2026-cı il tarixlərində davam edəcək.

İştirak və qeydiyyatla bağlı ətraflı məlumat buradadır.

Tarix
2026.11.13 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla