Yuxarı

Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıb.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Tiktok və İnstaqram sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.

Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2026.11.13 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla