Yuxarı

Arvadını öldürən sabiq hakimdən qayınatası şikayətçi deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadını öldürən sabiq hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib.

Axar.az xəbər verir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilib. Sözügedən müraciət hakim Vüqar Məhərrəmovun icraatındadır.

Bu barədə Musavat.com-a daxil olan məlumatı mərhum Pərvanə Əhmədovanın valideynləri təsdiqləyiblər. Keçmiş hakimin qayınanası Mətanət Məmmədşah qızı Quliyeva və qayınatası Süleyman Ayub oğlu Quliyev onun azadlığa çıxmasını istəyirlər. Onlar baş verən faciəvi hadisənin qəsdən deyil, məhz ehtiyatsızlıqdan baş verdiyini əsas gətirərək, Fəqan Əhmədovun vaxtından əvvəl azad olunması xahişi ilə ən müxtəlif instansiyalara rəsmi müraciətlər ünvanlayıblar.

Zərərçəkmiş şəxsin hüquqi varisləri kimi Mətanət Quliyeva və Süleyman Quliyev eyni mövqedən çıxış edərək Xəzər Rayon Məhkəməsinin hakimi Vüqar Məhərrəmova da rəsmi ərizə göndəriblər. Onlar məktublarında keçmiş hakim olan kürəkənlərindən şikayətçi olmadıqlarını xüsusi vurğulayıblar:

"Biz, mərhum Pərvanə Əhmədovanın valideynləriyik, məhkum Fəqan Rövşən oğlu Əhmədov bizim kürəkənimizdir. Bir valideyn kimi bildiririk ki, onlar bir-birlərini sevib ailə qurubar. Onlar nikah dövründə mehriban yaşayıblar, ailələrində heç vaxt söz-söhbət olmayıb. Birgə nikahlarından 2 azyaşlı olmaqla, 3 övladı vardır. Fəqan Əhmədov da uşaqlarının qayğısına bir ata kimi çox gözəl qalırdı. Baş verən bədbəxt hadisə təsadüfən, ehtiyatsızlıqdan baş vermişdir. Kürəkənimiz qızımıza heç vaxt bilərək xəsarət yetirməzdi".

Mərhumun valideynləri uzun müddətdir həbsdə olan Fəqan Əhmədovun himayəsində qalan övladlarının vəziyyətini nəzərə alaraq məhkəmədən onun azadlığa buraxılmasına etiraz etmədiklərini bildiriblər:

"Hazırda bir valideyn kimi, zərərçəkmiş şəxsin hüquqi varisləri kimi Fəqan Əhmədovdan şikayətçi deyilik. Uzun müddətdir ki, o həbsdədir. Övladlarının ata qayğısına ehtiyacı vardır. Buna görə də, 2 azyaşlı övladının olmasını, hadisənin təsadüfən baş verməsini, bizim ondan şikayətçi olmadığımızı nəzərə alaraq Fəqan Əhmədovun cəzadan vaxtından əvvəl azad olunmasına etiraz etmirik".

Xatırladaq ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Fəqan Əhmədov 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə arvadı Pərvanə Əhmədovaya tüfəngdən atəş açıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fəqan Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

İndi isə cəzasının böyük hissəsini çəkmiş sabiq hakimin Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılması diqqət mərkəzindədir.

Tarix
2026.11.14 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla