Yuxarı

Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...

Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əmək haqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahidə edəcəyik.

Axar.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, növbəti il pensiyalarda indeksləşdirmə mexanizmi dəyişir:

"Belə ki, orta aylıq əməkhaqqı məbləğinə qədər pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqqından 5000 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində 0,5, 5000 manatdan çox pensiya alanların pensiya məbləğlərində isə 0,2 əmsalından istifadə olunacaq. Ona görə də yeni əmsalların tətbiq edilməsi nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara gətirib çıxaracaq. Yəni, 1200 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək.

Burada məqsəd az pensiya alan vətəndaşlarımızla nisbətən çox pensiya alanlar arasındakı fərqin azaldılmasına nail olmaq və median pensiya məbləğində artımları sürətləndirməkdir. Birmənalı şəkildə növbəti il pensiya artımları builki əməkhaqqı artımlarına uyğunlaşdırılaraq həyata keçiriləcək və artımlar yanvar ayı ilə hesablanacaq. Artımlarla bağlı sənədin fevral ayının əvvəllərində imzalanacağı gözlənilir və sənəd imzalandıqdan sonra yanvar ayının artımları da fevral ayının artımları ilə birlikdə ödəniləcək".

Tarix
2026.11.14 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla