Yuxarı

Lənkəranskinin “qan düşməni”nə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranskinin “qan düşməni”nə hökm oxundu

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi kriminal aləmdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyevi 8 il xüsusi rejimli həbs cəzasına məhkum edib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, məhkəmə onu cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli bilib. Akoyevə həmçinin 1,5 milyon rubl cərimə kəsilib. Dövlət ittihamçısı onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İstintaqın məlumatına görə, Akoyev 2008-ci ilin noyabrında həbsxanada olarkən qanuni oğru statusu alıb. Onun kriminal aləmdə nüfuzlu şəxslərdən biri olan Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu Timur Mirzoyevin himayəsi ilə bu statusa yüksəldiyi bildirilir.

İttihama əsasən, Giya Sverdlovski kriminal aləmin ümumi pul fonduna (“obşak”) nəzarət edib, cinayətkar qruplar arasındakı münaqişələri həll edib və kriminal ənənələri təbliğ edib.

Akoyev 2025-ci ilin oktyabrında saxlanılıb. Onun evində və ofisində aparılan axtarış zamanı bəzəkli xəncər və katana qılıncı götürülüb.

Məhkəmədə təqsirini qəbul etməyən Akoyev hökmü sakit qarşılayıb. Hakimin qərarı anlayıb-anlamadığı barədə sualına isə “Bəli, möhtərəm hakim, təəssüf ki, anladım” cavabını verib.

Onun həyat yoldaşı hökm oxunarkən göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, Giya Sverdlovski “Ded Xasan”ın ölümünə görə mərhum azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskini özünün “qan düşməni” elan etmişdi.

Tarix
2026.11.14 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla