Maşından 6 min oğurladı, saxlanıldı
17:57
| Ana səhifə Toplum |
|
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
|
Tarix
2026.11.14 / 17:57
|
Müəllif
Axar.az
|