Bu həftə (9-13 noyabr) “Azəri Layt” (CIF), “Azəri Layt” (FOB Ceyhan), “Urals” və “Dated Brent” markalı neftin orta qiymətləri azalıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azəri Layt” markalı neftin (CIF) orta qiyməti əvvəlki həftə ilə müqayisədə 9.51 dollar və ya 8.6 faiz azalaraq bir barrel üçün 100.70 dollar təşkil edib.
Məlumata görə, həftə ərzində bu markalı xam neftin ən yüksək qiyməti bir barrel üçün 102.68 dollar, ən aşağı qiyməti isə 99.40 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azəri Layt” markalı neftin orta qiyməti bir barrel üçün 96.53 dollar təşkil edib. Bu, əvvəlki həftənin göstəricisi ilə müqayisədə 6.99 dollar və ya 6.7 faiz azdır. Həftə ərzində bu markalı neftin ən yüksək qiyməti bir barrel üçün 98.79 dollar, ən aşağı qiyməti isə 95.13 dollar olub.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 7.01 dollar və ya 9.2 faiz azalaraq bir barrel üçün 69.31 dollar təşkil edib. Həftə ərzində bu markalı neftin ən yüksək qiyməti 72.20 dollar, ən aşağı qiyməti isə 67.30 dollar olub.
“Dated Brent” markalı neftin orta qiyməti isə əvvəlki həftə ilə müqayisədə 7.82 dollar və ya 7.8 faiz azalaraq bir barrel üçün 92.64 dollar təşkil edib. Həftə ərzində bu markalı neftin bir barrelinin ən yüksək qiyməti 96.11 dollar, ən aşağı qiyməti isə 90.56 dollar olub.
|
Neft/Tarix
|
09.11.2026
|
10.11.2026
|
11.11.2026
|
12.11.2026
|
13.11.2026
|
Həftəlik orta qiymət
|
|
Azəri LT CIF
|
$100.90
|
$99.40
|
$100.63
|
$99.88
|
$102.68
|
$100.70
|
|
Azəri Layt FOB Ceyhan
|
$96.18
|
$95.13
|
$96.64
|
$95.90
|
$98.79
|
$96.53
|
|
Urals (EX NOVO)
|
$68.43
|
$67.30
|
$69.58
|
$69.04
|
$72.20
|
$69.31
|
|
Dated Brent
|
$91.76
|
$90.56
|
$92.72
|
$92.06
|
$96.11
|
$92.64
|