Yuxarı

Vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz fakt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz fakt

Genişmiqyaslı beynəlxalq tədqiqat Danimarka və İsveç vikinqlərinin əcdadlarının təxminən 1600 il əvvəl müasir Şimali Almaniya ərazisindən Skandinaviyaya gəldiyini üzə çıxarıb. Tədqiqatın nəticələri alimlərin özləri üçün də gözlənilməz olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatçılar təxminən 4,5 min qədim insanın DNT-sini təhlil edərək genetik məlumatları arxeoloji və linqvistik dəlillərlə müqayisə ediblər. Məlum olub ki, köçüb gələnlər Danimarka və İsveçin cənubuna yeni mədəniyyət, ali tanrısı Odin olan din və sonradan qədim skandinav dilinin formalaşdığı dili gətiriblər. Bununla yanaşı, onlar əvvəlki yerli əhalinin böyük hissəsini əvəz ediblər.

Höteborq Universitetinin arxeologiya üzrə professoru Kristian Kristiansenin sözlərinə görə, bu kəşf vikinqlər dövrü başlamazdan əvvəlki Skandinaviya tarixində mövcud olan boşluğu doldurmağa imkan verib.

Alimlər, həmçinin vikinqlərlə anqlosaksonlar arasında genetik qohumluq aşkar ediblər. Bu, həmin xalqlar arasındakı çoxsaylı oxşarlıqları izah edə bilər.

Bundan əlavə, tədqiqat təxminən 4000 il əvvəl, ehtimal ki, Baltik dənizi bölgələrindən Skandinaviyaya doğru baş vermiş, əvvəllər məlum olmayan genişmiqyaslı köçün izlərini də müəyyən edib. Hesab olunur ki, köçüb gələnlər müasir german dillərinin sələfi olan dilin ilkin formasını gətiriblər.

Tədqiqatçıların fikrincə, genetik, arxeoloji və linqvistik məlumatların birgə təhlili qədim köçlərə və Avropa xalqlarının mənşəyinə yeni baxış bucağından yanaşmağa imkan verir.

Tarix
2026.11.15 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla