Yuxarı

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Yasamal rayon 133 nömrəli, Xəzər rayon 136, 241 və 183 nömrəli tam orta məktəblərində, Nərimanov rayonu ərazisində yerləşən "Peşəkar Futbol Liqası" İctimai Birliyində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Sumqayıt RM tərəfindən "A+CO" MMC-də və Abşeron rayon Qobu qəsəbə 2 nömrəli, Gəncə RM tərəfindən Gəncə şəhər M.Ş.Vazeh adına 16 və 28 nömrəli tam orta məktəblərində, "Gədəbəy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə və Gədəbəy qızıl-mis emalı zavodunda və Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksində, Aran RM tərəfindən Mingəçevir şəhər 14 nömrəli, Kürdəmir rayonu, Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəblərində və Goranboy Peşə məktəbinin Xocalı filialında, Şimal-Qərb RM tərəfindən Balakən şəhər Z.Əliyeva adına, Şamaxı rayonu, Adnalı kənd və Qobustan şəhər A.Çernyayevski adına 1 nömrəli, Qarabağ RM tərəfindən, Ağcabədi rayonu, Akif Sultanov adına Kürdlər kənd, Beyləqan şəhər Mehdi Mehdizadə adına 3 nömrəli, Füzuli rayon, Horadiz şəhəri Fəqan Zalov adına 3 nömrəli, Cənub RM tərəfindən Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəblərində və və Masallı Dövlət Regional Kollecində, Muğan RM tərəfindən Biləsuvar rayonu, Xırmandanlı kənd 2 nömrəli, Şimal RM tərəfindən isə Quba şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınlar və zəlzələ ilə bağlı zəruri davranış qaydaları, habelə kütləvi qırğın silahları ilə əlaqədar təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2026.11.15 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla