Yuxarı

ADSEA sədri Naxçıvanda bu binalara baxış keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA sədri Naxçıvanda bu binalara baxış keçirdi - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra inzibati binalara baxış keçirib.

Axar.az xəbər verir ki, səfər zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin, eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin inzibati binalarına baxış keçirilib.

Təmir işlərindən sonra ilk dəfə həmin binaları ziyarət edən Zaur Mikayılov yaradılmış iş şəraiti və mövcud infrastrukturla tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti nəzərdən keçirib.

Əməkdaşlarla görüş zamanı Agentliyin sədri su təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinin, iş prosesinin səmərəli təşkilinin, vətəndaş məmnunluğunun təmin edilməsinin və göstərilən xidmətlərin operativliyinin artırılmasının vacibliyini vurğulayıb.

Tarix
2026.11.15 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla