Yuxarı

Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək

Xəbər verildiyi kimi, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib ki, Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək.

Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Ehtiram Əliyev son günlər Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulmuşdu.

Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edən Ehtiram Əliyev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tarix
2026.11.15 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla