Yuxarı

İstanbul hava limanında azərbaycanlılar üçün yenilik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul hava limanında azərbaycanlılar üçün yenilik...

İstanbul hava limanında türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılması istiqamətində addım atıldığı bildirilir.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, hava limanının terminalında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqlarının əks olunduğu istiqamətləndirici lövhələr quraşdırılıb.

Türkiyənin aviasiya sahəsində ixtisaslaşmış HavaSosyalMedya nəşrinin yaydığı məlumata görə, bu addım türk dövlətlərinin vətəndaşlarının sərhədkeçmə prosesini asanlaşdırmaq, pasport nəzarətində növbələri azaltmaq məqsədi daşıyır.

Qeyd edək ki, hələlik xüsusi keçid sisteminin tam fəaliyyətə başladığı barədə rəsmi məlumat yoxdur. Hazırda hava limanında müvafiq ölkələrin bayraqları olan istiqamətləndirici lövhələrin quraşdırıldığı müşahidə edilib.

Digər tərəfdən, türk dövlətləri arasında gələcəkdə xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi məsələsi də müzakirə olunur. Bu təşəbbüsün reallaşması vətəndaşların qarşılıqlı səfərlərini daha da asanlaşdıra bilər.

Tarix
2026.11.15 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla