Yuxarı

Yataqxanada meyiti tapılan tələbə qızla bağlı yeni təfərrüt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yataqxanada meyiti tapılan tələbə qızla bağlı yeni təfərrüt

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü Elvira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.

O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elvira iki il Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan dayısı qızı ilə birlikdə kirayədə yaşayıb.

Bu il dayısı qızı akademiyanı bitirdiyi üçün Elvira da kirayədə yaşadığı mənzildən Azərbaycan Tibb Universitetinin yataqxanasına köçüb.

E.Eyyubovanın bacısı da bu il ali məktəbə qəbul olunub və onunla birlikdə həmin yataqxanada yaşamağa başlayıb.

Noyabrın 14-də axşam saatlarında bacısı mağazadan qayıdarkən Elviranı ölü vəziyyətdə aşkarlayıb.

Elvira Eyyubova dünən doğulduğu Qəbələ rayonunda dəfn edilib.

Tarix
2026.11.16 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla