Yuxarı

İranla sərhədimizdə paratrike tipli uçuş aparatı məhv edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla sərhədimizdə paratrike tipli uçuş aparatı məhv edildi - Foto

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilib.

DSX-dən Axar.az-a bildirilib ki, keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kiloqram 270 qram marixuana, 1 kiloqram 940 qram tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycanın ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.

Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Tarix
2026.11.16 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla