Yuxarı

Borca görə maşınının nömrəsini saxtalaşdırdı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borca görə maşınının nömrəsini saxtalaşdırdı... - Video

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Bu barədə Axar.az-a idarədən məlumat verilib.

Belə ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Şevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar posta saxlanılıb.

Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.

Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Tarix
2026.11.16 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla