Yuxarı

25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı

Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün maraq ifadələrinin təqdim olunması barədə elan yayıb.

Axar.az Trend-ə istinadla xəbər verir ki, müvafiq işlər üzrə fərdi məsləhətçi xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu xidmətlər üçün ayrılmış büdcə 11 min ABŞ dolları təşkil edir. Mütəxəssisin nəzərdə tutulan ümumi iş həcmi 25 iş günüdür.

Məsləhətçinin işə 2026-cı il dekabrın 1-də başlaması planlaşdırılır. Müqavilə mütəxəssisin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi və AİB-in, eləcə də müvafiq dövlət qurumlarının qərarı əsasında uzadıla bilər.

Maraqlanan şəxslər müraciətlərini 2026-cı il noyabrın 18-dək təqdim etməlidirlər.

Layihənin icraçı qurumu “Azərbaycan Dəmir Yolları” QSC-dir. Elan üzrə əlaqələndirici şəxs AİB-in baş nəqliyyat mütəxəssisi Jurgen Sluijterdir.

Qeyd edək ki, elan fərdi məsləhətçi xidmətlərinin seçilməsi ilə bağlıdır.

Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti 2020-ci il martın 18-də Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılması ilə tam istismara verilib. Xəttin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometr təşkil edir. Hazırda AİB bu dəmir yolu layihəsinin hazırlanmasına dəstək göstərilməsi üçün mütəxəssis cəlb etməyi planlaşdırır.

Tarix
2026.11.16 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla