Yuxarı

300 minlik dələduzluq: Məhkəmə zalında həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
300 minlik dələduzluq: Məhkəmə zalında həbs olundu

Sahibkarlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nəymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.

Zərərçəkmişlər təqsirləndirilən Nadir Allahverdiyev barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və onun məhkəmə zalında həbs edilməsini xahiş ediblər.

Məhkəmə zərərçəkmiş tərəfin vəsatətini təmin edib. Təqsirləndirilən Nadir Allahverdiyevin məhkəmə zalında həbs edilməsi və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin baxış iclası noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Nadir Allahverdiyev spirtli içkilərin və ət satışını həyata keçirən şəxslərdən məhsulu alıb və öhdəliyini yerinə yetirməyib. Zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurulub. İttiham edilən şəxs istintaq dövründə 40 min manat ödəniş edib. İstintaq dövründə onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Zərərçəkmiş şəxs qismində “Polad SR” MMC, “Organic Line” QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC hüquqi şəxs və Kamran İsayev tanınıb.

Təqsirəndirilən Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli-miqdarda törədikdikdə) maddəsi ilə ittiham edilir.

Tarix
2026.11.16 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla