Yuxarı

"Expresspay"da 500 AZN üzəri nağd ödənişlərdə yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Expresspay"da 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir.

16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən “Expresspay” ödəniş terminallarında 500 AZN-dən yuxarı məbləğdə nağd ödənişlərin həyata keçirilməsi üçün SİMA İmza vasitəsilə identifikasiya tələb olunacaq.

Yenilik Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tələbinə uyğun olaraq tətbiq edilir və həm “Expressbank”ın filiallarında yerləşən terminalları, həm də ölkə üzrə bütün “Expresspay” ödəniş nöqtələrini əhatə edir. İdentifikasiya prosesi bir neçə sadə addımdan ibarətdir və proses uğurla tamamlandıqdan sonra müştəri ödənişini adi qaydada davam etdirə bilər.

SİMA İmza vasitəsilə identifikasiya tələbi bir əməliyyat üzrə 500 AZN-dən yuxarı məbləğdə həyata keçirilən nağd ödənişlərə şamil olunur. 500 AZN və daha az məbləğli ödənişlər isə əvvəlki qaydada, identifikasiya tələb olunmadan həyata keçirilir.

“Expresspay” terminallarında SİMA İmza vasitəsilə identifikasiyanı necə həyata keçirmək olar?

1. İlk olaraq terminalda müvafiq xidmət seçilir və ödəniş üçün tələb olunan məlumatlar daxil edilir;

2. Terminalın ekranında “500 AZN-dən çox məbləğdə ödəniş etmək üçün şəxsiyyətinizi təsdiqləyin” bildirişi əks olunacaq. Ödəniş məbləği 500 AZN-dən yuxarı olduqda, identifikasiyaya başlamaq üçün müvafiq düyməyə klikləyin. Bundan sonra ekranda QR kod görünəcək;

3. Daha sonra mobil telefonunuzda SİMA İmza tətbiqinə daxil olun;

4. SİMA İmza tətbiqinin aşağı menyusunda yerləşən “QR” düyməsinə klikləyin;

5. Terminalın ekranında əks olunan QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edin;

6. İdentifikasiya prosesi uğurla tamamlandıqdan sonra ödəniş prosesini adi qaydada davam etdirin.

Prosesin daha rahat və sürətli keçməsi üçün SİMA İmza tətbiqini öncədən mobil telefonunuza yükləməyiniz və qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

İdentifikasiya prosesi tamamlanmadığı halda, terminala artıq daxil edilmiş vəsaitin geri qaytarılması qəbzdə çap olunan qalıq kartı (16 rəqəmli PIN- kod) vasitəsilə həyata keçirilir. Bu səbəbdən qəbzin saxlanılması vacibdir.

Yeni tələb nağd ödəniş əməliyyatlarının şəffaflığının artırılmasına və müvafiq normativ tələblərə uyğunluğun təmin edilməsinə xidmət edir.

“Expresspay” xidmətləri ilə bağlı məlumat almaq və yarana biləcək suallarınızı ünvanlamaq üçün *8118 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

“Expresspay” “Expressbank” ASC-nin ödəniş terminalları şəbəkəsidir. “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2026.11.16 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla