Yuxarı

ADY rəhbərliyi Gürcüstanda... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY rəhbərliyi Gürcüstanda... - Foto

Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tiflis dəmir yolu stansiyalarına səfər edib.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Gürcüstan Dəmir Yollarının rəhbərliyi ilə iki ölkə arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid proseslərinin sürətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, mövcud infrastrukturun imkanları müzakirə edilib.

Əsas diqqət Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, sərhəd və gömrük nəzarəti prosedurlarının optimallaşdırılması, qatarların hərəkətində fasiləsizliyin təmin edilməsi və mümkün vaxt itkilərinin aradan qaldırılması məsələlərinə yönəldilib.

Həmçinin Qardabani və Tiflis stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin əlaqələndirilməsi və əməliyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Tərəflər mövcud əməliyyat mexanizmlərinin daha da təkmilləşdirilməsi, texniki prosedurların sadələşdirilməsi, təkrarlanan əməliyyatların aradan qaldırılması və məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyini vurğulayıblar.

Azərbaycan və Gürcüstan dəmir yolları arasında əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra vəziyyətinə də diqqət yetirilib. Xüsusilə Böyük Kəsik–Tiflis–Böyük Kəsik marşrutu üzrə qatarların fasiləsiz hərəkətinin təşkili, vaqonlara texniki baxış prosedurlarının optimallaşdırılması istiqamətində müsbət nəticə əldə olunduğu qeyd edilib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan dəmir yolları arasında əldə edilmiş əvvəlki razılaşmalar çərçivəsində yeni əməliyyat yanaşmaları yük qatarlarının sərhəddən keçid müddətinin iki dəfə azaldılmasına imkan yaradır. ADY-nin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin daha da gücləndirilməsinə, beynəlxalq yükdaşımaların operativliyinin artırılmasına, tranzit müddətinin azaldılmasına və Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Tarix
2026.11.16 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla