Yuxarı

Terminallardan 500 manatdan çox ödəniş... - Yeni qayda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terminallardan 500 manatdan çox ödəniş... - Yeni qayda

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Axar.az xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

Milliön terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya MyGov vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi Birbank tətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.

Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.

Seçiminizi etdikdən dərhal sonra terminalda QR kod əks olunacaq.

Telefonunuzda müvafiq tətbiqi açın və QR kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.

Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.

Tarix
2026.11.16 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla