Yuxarı

Naxçıvana benzin tədarükündə problem var? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana benzin tədarükündə problem var? - Rəsmi

Azərbaycanın digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasına da avtomobil benzininin daşınması daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Naxçıvan Muxtar Respublikasında avtomobil benzini qıtlığının yaşandığı ilə bağlı yayılan məlumatlara dair sorğuya cavab olaraq “SOCAR PETROLEUM” QSC-dən bildirilib.

"Naxçıvan Muxtar Respublikasında avtomobil benzininin təchizatı və tədarük həcmləri ilə bağlı səsləndirilən suallara cavab olaraq bildiririk ki, yanacaq tədarükündə hər hansı azalma və ya gecikmə qeydə alınmamışdır.

İddiaların əksinə olaraq, Bakıdan Naxçıvana yanacağın daşınmasında logistik və ya sistemli bir problem mövcud deyil. Digər bölgələrimizlə yanaşı, Naxçıvan Muxtar Respublikasına da daşınma daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir. Gündəlik və aylıq tədarük həcmləri regionun yanacaq tələbatını tam qarşılayacaq səviyyədə tənzimlənir", - QSC-dən bildirilib.

Qeyd olunub ki, mövcud təchizat zəncirində heç bir qıtlıq və ya fasilə yoxdur. Yanacağın növbəti partiyalarının Naxçıvana çatdırılması müəyyən edilmiş təchizat qrafikinə uyğun olaraq, ardıcıl şəkildə icra edilməkdədir.

“SOCAR PETROLEUM” QSC ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehlakçıların keyfiyyətli və fasiləsiz yanacaqla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir", - məlumatda vurğulanıb.

Tarix
2026.11.16 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla