Yuxarı

Hava ilə bağlı xəbərdarlıq: Yaxın 10 gün ərzində...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hava ilə bağlı xəbərdarlıq: Yaxın 10 gün ərzində...

Azərbaycanda havanın temperaturunda dəyişikliklər müşahidə olunacaq. Yaxın 10 gündə Bakıda əvvəlcə buludlu və sərin hava üstünlük təşkil edəcək, daha sonra temperaturun yüksələcəyi, həftənin sonuna doğru isə yağıntı ehtimalının artacağı proqnozlaşdırılır.

Axar.az Sfera.az-a istinadla xəbər verir ki, noyabrın 17-dən 26-dək Bakıda gündüz temperaturunun əsasən 14-20 dərəcə isti arasında dəyişəcəyi gözlənilir. Gecələr isə temperatur 7-13 dərəcə isti olacaq.

Proqnoza əsasən, noyabrın 17-də paytaxtda hava buludlu keçəcək, temperatur gündüz 14, gecə 10 dərəcə isti olacaq. Noyabrın 18-də havanın 17 dərəcəyədək isinməsi, noyabrın 19-da isə temperaturun 20 dərəcəyə çatması gözlənilir.

Noyabrın 20-21-də əsasən günəşli və mülayim hava şəraiti davam edəcək. Bu günlərdə gündüz temperaturu 18-19 dərəcə isti təşkil edə bilər.

Noyabrın 22-23-də buludluluğun artacağı, noyabrın 23-də yağış ehtimalının yüksələcəyi bildirilir. Noyabrın 24-də havanın əsasən günəşli olacağı, temperaturun 20 dərəcəyədək yüksələcəyi gözlənilir.

Noyabrın 25-də buludlu hava üstünlük təşkil edəcək. Ayın 26-da isə günün ikinci yarısında yağış yağacağı ehtimalı var. Həmin gün temperaturun 18 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, noyabrın 17-də Bakıda, Abşeron yarımadasında və bir sıra rayonlarda cənub-qərb küləyinin güclənəcəyi ilə bağlı sarı xəbərdarlıq verilib. Küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı gözlənilir.

Ölkənin dağlıq ərazilərində isə qar örtüyü qeydə alınıb. Şahdağda qarın hündürlüyü 20, Qrızda 14 santimetr təşkil edib.

Xatırladaq ki, 10 günlük hava proqnozu dəyişə bilər. Xüsusilə yağıntı və küləklə bağlı məlumatların yaxın günlərdə yenilənməsi mümkündür.

Tarix
2026.11.17 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla