Yuxarı

Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı

Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar imzanaıb.

Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu ilin sonunadək dəyişdirilir.

Belə ki, ölkəyə idxal olunan nərə balığı kürüsü üçün gömrük rüsumu 15 faiz, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib. Hazırda bu məhsul üzrə rüsum idxal dəyərinin 15 faizini təşkil edir.

Siqar, siqaret və siqarillalar üçün idxal gömrük rüsumu 15 faiz, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda bu göstərici hər 1 000 ədəd üçün 0.5 ABŞ dollarıdır.

İdxal statistikasına əsaslanan hesablamaya görə, yeni rüsumun siqaretin bir qutusuna ƏDV daxil orta təsiri təxminən 15-20 qəpik təşkil edə bilər.

Qərar 2027-ci il fevralın 11-dən qüvvəyə minəcək.

Tarix
2026.11.17 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla