Yuxarı

Klubdan çıxdı, mağazalara çırpıldı, dava saldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klubdan çıxdı, mağazalara çırpıldı, dava saldı - Video

Neftçilər ərazisində gecə saatlarında baş verən hadisə ətrafdakıların diqqətini cəlb edib. İçkili olduğu iddia edilən sürücü avtomobili mağazalara çırpıb, daha sonra isə küçədə əlbəyaxa dava baş verib.

Axar.az Patrul.az-a istinadla xəbər verir ki, ilkin məlumata görə, gecə klubundan sərxoş vəziyyətdə çıxdığı bildirilən şəxs 10 DK 111 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən restoranın aşağı hissəsində yerləşən mağazalara çırpılıb.

Hadisə bununla da yekunlaşmayıb. Belə ki, gecə klubundan çıxan bir qadınla həmin şəxs arasında mübahisə yaranıb və tərəflər arasında qarşılıqlı fiziki qarşıdurma baş verib.

Şahidlərin sözlərinə görə, sərxoş olduğu iddia edilən şəxsi sakitləşdirmək ətrafdakılar üçün çətin olub. Hadisə zamanı həm avtomobilin mağazalara çırpılması, həm də küçədə baş verən əlbəyaxa qarşıdurma ətrafdakıların diqqətini cəlb edib.

Tarix
2026.11.17 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla