Yuxarı

Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi

Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən “Araş” firmasında rəhbər dəyişikliyi baş verib.

Axar.az Yurd.Media-ya istinadla xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb.

Onun yerinə Əli Abdullayev təyin olunub.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Araş” firmasının nizamnamə kapitalı 100 manatdır. Şirkət mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarında qalib olur. Belə ki, son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə milyonluq müqavilələr imzalanıb.

Ehtiram Fərzəlibəyov həmçinin Azərbaycanda tanınmış kulinar, food və travel blogerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranlar və səyahətlər haqqında sosial şəbəkələrdə paylaşımlar edir. O, həmçinin kulinariya mövzusunda kitabların müəllifidir və beynəlxalq mediada Azərbaycan mətbəxinin təbliği ilə bağlı materiallarda yer alıb.

Tarix
2026.11.17 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla