Yuxarı

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?

Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyadan keçməməsi ilə bağlı mediada məlumatlar yayılıb.

Belə ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alıb. Yayılan məlumatlarda Akademiyanın qiymətləndirmədən mənfi nəticə aldığı bildirilib.

Axar.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən APA-ya bildirilib ki, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və nəticələr Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq müvafiq qərar qəbul edilir.

“Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və akkreditasiyanın nəticələri Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir. Şuranın qərarları barədə Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilir.

Bununla əlaqədar, Akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil. Məsələ ilə bağlı ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edirik”, – məlumatda qeyd olunub.

Tarix
2026.11.17 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla