Yuxarı

Səyyad Aran Milli Məclisi “danışmaqxana” adlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səyyad Aran Milli Məclisi “danışmaqxana” adlandırdı

Bu Milli Məclisdir, danışmaqxanadır.

Axar.az xəbər verir ki, bunu deputat Səyyad Aran "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

“Mənim haqqım on dəqiqədir. Hərə bir yandan gah 5 dəqiqə, gah 3 dəqiqə deyir. Ay qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, - deyə Səyyad Aran qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə Milli Məclisin “danışmaqxana” adlandırılmasına düzgün saymayıb: “Birincisi, Milli Məclis "danışmaqxana" deyil. Xahiş edirəm, parlament etikasına və leksikasından istifadə edin. Bu bir. İkincisi isə təklif olundu ki, reqlament beş dəqiqə olsun. Səs çoxluğu ilə bu qəbul edildi. Siz gördünüz, bundan əvvəl İlham Məmmədov cümləsini qurtarmamışdı, dedim, əlavə bir neçə dəqiqə də verilsin. Mən onu sizə də verəcəm. Siz büdcə məsələsini yenə də ittihamdan başlayırsınız. Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir, danışın”.

Tarix
2026.11.17 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla