Yuxarı

Seçicilər deyirlər ki, sən orada niyə oturmusan? - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçicilər deyirlər ki, sən orada niyə oturmusan? - Deputat

Burada büdcə müzakirələrindən istifadə edərək bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Biz burada bunları danışmayanda seçicilər deyirlər ki, sən orada niyə oturmusan? Halbuki mən çıxış üçün on nəfərlik siyahıya düşə bilmirəm. Yeri gəlmişkən, deyim, söz ürəyimdə qalmasın, parta yoldaşımla eyni anda əlimizi düymənin üstünə qoyduq, sinxron qaydada basdıq və əlimizi çəkdik. Jalə xanım ikinci oldu, mən 44-cü. Heç cür anlaya bilmirəm.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu deputat Səyyad Aran "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ötən il sentyabrın 23-də “Azərişıq”a məktub yazıb, Varxan kəndində nəhəng beton dirəyin təhlükə törətdiyini bildirib:

“Nəhəng beton dirək yıxılmaq üzrədir, dirəyə taxtadan, ağac kötüyündən dayaq veriblər. Ay rəhmətliyin oğlu, bu dirək aşsa və həmin vaxt oradan keçən maşının üstünə düşsə, maşındakı insanlar həlak olsa, sən canını hara qoyacaqsan? Axı mən keçən il sentyabrın 23-də məktub yazmışam. Cavab yoxdur”.

Səyyad Aran Varxan kənd məktəbinin təmirə ehtiyacı olduğunu da bildirib:

"Məktəbin yaxınlığında açıq transformator da var, uşaqlar orada futbol oynayırlar. Top gedib transformatorun yanına düşür. Məktub yazmışam ki, gəlin, burada mühafizə çəpəri tikin. Niyə gəlmirsiniz? Niyə bu müraciətləri qulaqardına vurursunuz? O cümlədən, ərazimdə Hacıqasımlı, Kamallı, Musalı, Nərimanov və Nurulu kəndlərinin qazı yoxdur. Bu kəndlərin, eləcə də İmişlinin yeddi kəndinin qazlaşdırılması nə vaxta qədər təxirə salınacaq? Olmazmı ki, bu altı-yeddi kəndi qazlaşdırıb həmin rayonların qarşısına bir müsbət göstərici qoyasınız? İmişlidə və Saatlıda qazlaşdırma işləri aparılsın. Bu, sadə bir həqiqətdir.

Qaralar kəndindən Hacı Mirabbas ağa təxminən bir ay əvvəl mənə deyir ki, qardaş oğlu, olmazmı ki, İmişlinin kəndlərini qazlaşdırasınız? Biz Lerik deyilik, Daşkəsən deyilik, Kəlbəcər deyilik, bu boruları bir-birinə calayıb, bizim kəndə də çatdırmaq olmazmı? Dediyini olduğu kimi çatdırıram. Xalq müdrikliyidir, xalq məntiqidir. Qalıram üzünə baxa-baxa, bir söz tapıb deyə bilmirəm. Bunu edin də! Axı doğrudan da, çətin bir şey deyil”.

Spiker Sahibə Qafarova Səyyad Aranın çıxışa yazıla bilməməsi barədə dedikləri ilə razılaşmayıb.

“Jalə xanım düyməni, əlbəttə, bir neçə saniyə sizdən əvvəl basıb. Sizin nəyə narazılığınız ola bilər ki? Elə danışırsınız ki, sanki burada kimsə sizə qəsdən söz vermir. Xahiş edirəm, hər dəfə bu büdcə müzakirələrini bu formaya salmayın. Hamı çıxış edir, təkliflərini deyir, problemlərdən danışır”, - deyə Sahibə Qafarova bildirib.

Tarix
2026.11.17 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla