Yuxarı

Dəfn pulunun verilməsi prosesi uzundur... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəfn pulunun verilməsi prosesi uzundur... - Deputat

Dəfn pulu ilə bağlı prosedurun avtomatlaşdırılması, əlavə dəstək mexanizmləri ilə gənclərin ailə qurmağa təşviq edilməsi təklif olunub.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu təkliflərlə deputat Ceyhun Məmmədov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı çıxış edib.

Deputat deyib ki, dəfn pulunun ciddi şəkildə artırılması imkansız ailələr üçün çox böyük dəstəkdir. Ancaq ümumilikdə proses uzundur, bir çox sənədlər tələb olunur:

“Bu prosesin daha da sadələşdirilməsinə və asanlaşdırılmasına ehtiyac var. Bu gün ölkəmizdə rəqəmsal hökumət quruculuğu sürətlə həyata keçirilir. Bu prosesin də avtomatlaşdırılması öz töhfəsini verə bilər”.

Ceyhun Məmmədov qeyd edib ki, son vaxtlar ölkəmizdə ailə institutu ilə bağlı narahatedici proseslər gedir:

“Yeni dünyaya gələn uşaqların sayında azalma, pozulan nikahların sayında artım müşahidə olunur, getdikcə gənclərin nikaha marağı azalır. Qeyd olunanları nəzərə alaraq, boşanmaların artmasının qarşısının alınması, gənc ailələrin qorunması, gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə gənc ailələrə əlavə dəstək mexanizmlərinin işlənilməsi vacibdir. Digər tərəfdən, bu gün uşaqların sağlam qidalanması ilə bağlı da bir sıra addımların atılmasına ehtiyac var. Sistemli maarifləndirmə işləri ilə yanaşı, uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə gənc ailələr üçün əlavə dəstək mexanizmlərinin işlənilməsinə ehtiyac var”.

Tarix
2026.11.17 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla