Yuxarı

Ucqar dağ kəndlərinin 55 şagirdi ingilis dilini öyrəndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucqar dağ kəndlərinin 55 şagirdi ingilis dilini öyrəndi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin təşəbbüsü ilə həyata keçirilən “Xoşbəxtlik Çantası” layihəsi çərçivəsində Qrız, Qalaxudat və Əlik kənd məktəblərinin 55 şagirdi üçün 7 ay müddətində onlayn ingilis dili dərsləri təşkil olunub.

Axar.az xəbər verir ki, ucqar dağ kəndlərində təhsil alan uşaqların xarici dil biliklərinin inkişaf etdirilməsinə yönələn proqram şagirdlərin ingilis dilini mənimsəməsi və yeni biliklər qazanması baxımından uğurlu nəticələrlə yadda qalıb.

Tədris müddətinin sonunda şagirdlər səviyyə imtahanlarında iştirak ediblər. Proqramı uğurla başa vuran şagirdlər xüsusi təşkil olunmuş “Məzun Günü” tədbirində sertifikatlarla təltif ediliblər.

Layihənin əsas məqsədi ucqar yaşayış məntəqələrində təhsil alan uşaqların keyfiyyətli təhsil imkanlarına çıxışını genişləndirmək, onların bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır.

Proqramı uğurla mənimsəyən bütün şagirdləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara təhsil həyatlarında yeni uğurlar arzulayırıq.

Qeyd edək ki, təhsilin inkişafına dəstək Veysəloğlu Şirkətlər Qrupunun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir.

Tarix
2026.11.18 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi: Hərbi eskalasiya...

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Bayramovla Almaniya XİN başçısı görüşdü

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla