Yuxarı

Azərbaycan bu sahədən 13 milyon manat vergi yığmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu sahədən 13 milyon manat vergi yığmaq istəyir

2027-ci ildə Azərbaycanda kənd təsərrüfatı üzrə vergi daxilolmaları 13 milyon manat olacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Dövlət kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramları həyata keçirir. Birbaşa və dolayı dəstək istiqamətləri də daxil olmaqla, bu dəstəyin ümumi məbləği 1,5 milyard manata yaxındır. Kənd təsərrüfatı üzrə vergi daxilolmalarının cəmi 13 milyon manat olacağının gözlənildiyini nəzərə alaraq hesab edirik ki, dövlət fermerə və kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi yanaşmır. Müzakirələr zamanı aidiyyəti qurumlara da tövsiyə olundu ki, bu məsələlər ictimaiyyətə, xüsusilə aqrar ictimaiyyətə və kənd əhalisinə ətraflı izah edilsin, maarifləndirmə işləri aparılsın. Çünki dövlətin aqrar siyasəti ilə bağlı cəmiyyətdə yanlış təsəvvür yaranmamalıdır. Dövlət bu gün də fermerin və kənd təsərrüfatı istehsalçısının yanındadır", - deputat qeyd edib.

Tarix
2026.11.18 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi: Hərbi eskalasiya...

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Bayramovla Almaniya XİN başçısı görüşdü

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla