Yuxarı

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.

Eyni zamanda, kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artmış və əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilən xidmət sahəsinə çevrilmişdir. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur ki, bu da vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.

Təklif olunan sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix
2026.11.18 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi: Hərbi eskalasiya...

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Bayramovla Almaniya XİN başçısı görüşdü

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla