Yuxarı

23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi

Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib.

Məlumata görə, Gülarənin anası 2006-cı ildə atasından ayrılıb və azyaşlı Gülarəni də atasının himayəsinə atıb, evdən çıxıb. Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib. Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir. Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb.

Hadisə noyabrın 16-da günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzildə - ailənin məskunlaşdığı evdə baş verib. Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar.

Ayxan dərsdən evə gələrək bacısı ilə sosial şəbəkə barədə mübahisə edib. Məlumata görə, Ayxan sosial şəbəkələrdən birində bacısı Gülarənin açıq-saçıq şəkillərini görüb və buna görə ona irad tutub. O, şəkillərdən birinə tanımadığı oğlanların rəy yazdığını görüb və buna görə onların silinməsini bacısından tələb edib. Bacısı isə şəkilləri silməkdən imtina edib. Nəticədə Ayxanla Gülarə arasında mübahisə yaranıb və Ayxan ögey bacısını qətlə yetirib.

Tarix
2026.11.18 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Putinlə Szinpin görüşdü: Çoxqütblü dünya...

Ceyhun Bayramovla Vadeful Bakıda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla