15 minədək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
18:15
| Ana səhifə Toplum |
|
Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub, 27-si barəsində cərimə tətbiq olunub.
Bu barədə Axar.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Qeyd olunub ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Qəbul edilən qərarlara əsasən 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib. İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
|
Tarix
2026.11.18 / 18:08
|
Müəllif
Axar.az
|