Yuxarı

Dövlət büdcəsi pensiya xərclərini tam qarşılamır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət büdcəsi pensiya xərclərini tam qarşılamır?

Dövlət Sosial Müdafiə Fondunun pensiya xərclərinin bir hissəsinin dövlət büdcəsi əvəzinə sosial sığorta haqları hesabına qarşılanması qurumun gələcək illərdə maliyyə dayanıqlılığına mənfi təsir göstərə bilər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə verdiyi rəydə qeyd edilib.

Palatadan bildirilib ki, Azərbaycanda dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan istiqamətlər üzrə öhdəliklərin dövlət büdcəsi tərəfindən tam qarşılanmamasının sosial sığorta prinsiplərinə əsaslanmayan xərclərin bir hissəsinin sığorta ödənişləri hesabına maliyyələşdirilməsi ilə nəticələnir.

2027-ci ildə dövlət büdcəsindən Fonda 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ildəki məbləğlə eynidir, 2026-cı ildə nəzərdə tutulan 1,7 milyard manatdan isə 100 milyon manat və ya 5,9% azdır.

Dövlət büdcəsindən Fonda ayrılan vəsait dövlətin pensiya öhdəliklərinin tam maliyyələşdirilməsi üçün deyil, Fondun büdcəsinin balanslaşdırılması məqsədi daşıyır. Belə ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların sosial sığorta haqları üzrə Fonda ödənişləri nəzərdə tutulandan az olarsa, dövlət büdcəsindən ayrılan vəsait artırılır, çox olarsa, azaldılır.

Hesablama Palatası hesab edir ki, Fondun gəlirləri ilə dövlətin pensiya öhdəlikləri ayrı-ayrılıqda müəyyən edilməlidir. Çünki dövlətin qanunla müəyyən edilmiş öhdəlikləri Fondun gəlirlərinin həcmindən asılı olmamalıdır.

Fondun gəlirlərinin icra səviyyəsi ilə dövlət öhdəliyinin məbləği bir-birindən asılı olmayan göstəricilərdir. Dövlət öhdəliyi qanunla müəyyən edilmiş istiqamətlər üzrə formalaşır. Dövlət büdcəsindən maliyyələşən təşkilatların Fonda ayırmalarının nəzərdə tutulandan çox olması isə əhatə dairəsinin genişlənməsi və ya əməkhaqqı səviyyəsinin artması ilə bağlıdır.

Palatanın təhlili göstərib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqları Fonda tam ödənilmədikdə belə, Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği artırılmır.

Fondun hesablamalarına görə, 2018-2027-ci illərdə pensiya xərclərinin tərkibində sosial sığorta prinsiplərinə əsaslanmayan 14 milyard 25,66 milyon manatlıq vəsait məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

Palatadan bildirib ki, hər il dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsait dövlətin pensiya öhdəliyi hesab edilən xərclərdən az müəyyənləşdirilir. Nəticədə dövlət öhdəliyi xarakterli pensiya xərclərinin orta hesabla 50 faizi sosial sığorta haqları və sosial sığorta ehtiyatı hesabına ödənilir.

Hesablama Palatası bu vəziyyətin gələcək illərdə Fondun maliyyə dayanıqlılığına təsir göstərə biləcəyini vurğulayıb.

Tarix
2026.11.18 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla