Yuxarı

Məktəblərlə bağlı birgə məlumat: Tamamilə dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərlə bağlı birgə məlumat: Tamamilə dayandırıldı

Azərbaycanda təhsil müəssisələrinin istilik təminatında odun yanacağından istifadə tamamilə dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidməti və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, son illər Azərbaycanda təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması, alternativ yanacaq növlərindən istifadənin genişləndirilməsi, ətraf mühitə dost texnologiyaların, eyni zamanda müasir istilik sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.

Bu istiqamətdə təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması üçün sistemli tədbirlər aparılır. Görülən işlər çərçivəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib.

Vurğulanıb ki, pellet yanacağından istifadə ağac materialına olan tələbatın azalması və meşə ehtiyatlarının qorunması baxımından önəmli töhfədir. Bununla yanaşı, daha aşağı rütubət səviyyəsi, temperaturun asanlıqla tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir ki, bu da özlüyündə təhsil müəssisələrində istiliyin daha səmərəli, stabil və çevik şəkildə təmin olunmasına şərait yaradır.

Statistik göstəricilərə əsasən, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib. Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir:

"Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə mühüm töhfə verir.

Təhsil müəssisələrində odun yanacağından istifadəsinin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər".

Tarix
2026.11.18 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla