Yuxarı

Hz.Mehdinin ad günü tortunu kəsən dindar danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən hesab edirəm ki, bu cür mərasimlərin bu şəkildə qeyd edilməsi düz deyil".

Bu sözləri "Axar.az"a Hz. Sahib-əz-Zamanın ad günü mərasimində tort kəsilməsi prosesinə münasibət bildirərkən Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib.

"Böyük şəxsiyyətlərin mövlud gününün qeyd edilməsi onların həyatının örnək kimi öyrənilməsinə də xidmət edir. Amma mövludun şəninə uyğun olmayan addımların atılması hesab edirəm ki, düzgün deyil. Əslində adətən belə məclisləri məddahlar təşkil etmir və mən bilmirəm o məclisin təşkilatçıları kimdir. Ola bilsin ki, o mərasimdə tort kəsilməsini də təşkilatçılar qərara alıblar. Mən hesab edirəm ki, bu cür mərasimlərin bu şəkildə qeyd edilməsi yanlışdır. Xalqlar arasında mədəniyyət mübadilələri ola bilər, ancaq dini mərasimlərdə bu tip şeylərin tətbiq edilməsi insanlarda müəyyən qədər irad yaradır. Mən deyə bilmərəm ki, bu, haramdır və yaxud günahdır. Lakin daha yaxşı olar ki, bu mərasimlər adət-ənənələrimizə uyğun şəkildə qeyd olunsun".

İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bu tip tədbirlərdə insanlara əxlaqi mesajların verilməsini əsas sayır:

"Bu kimi mərasimlərdə əsas odur ki, insanlara əxlaqi mesajlar verilsin. Mövludu olan müqəddəsin həyatındakı nümunəvi işlər insanlara çatdırılmalıdır. İkinci tərəfinə baxdıqda isə bu mərasimlərdə ziyafət də verilə bilər, ancaq çalışmaq lazımdır ki, israf həddə çatmasın. Bir sözlə, işin mənəvi tərəfini unutdurub, mərasimi əyləncəyə çevirmək olmaz. Konkret olaraq tortun gətirilməsində heç bir problem yoxdur. Ancaq tortun fişənglərlə bəzədilməsi və təntənəli şəkildə gətirilməsi doğru deyil".

​Sözügedən video görüntüdə məddahlıq edən Seyid Taleh Boradigahi özü məsələyə bu cür yanaşdığını bildirdi:

"Səhv etmirəmsə, bu mərasim keçən il, yaxud ondan öncəki il Mərdəkan qəsəbəsində keçirilib və bu məclisi mən təşkil etməmişəm. Bu tort qeyri-adi tortdur, yoxsa tort yemək, tort kəsmək haramdır? Yenə deyirəm, bu, adicə bir tortdur. Bu şampan kimi partladılan bir şey deyil ki, bunu müzakirə edək.
Bu işdə heç bir problem yoxdur".

Qeyd edək ki, Yutub şəbəkəsində yayımlanan videoda şiə məzhəbində 12-ci imam kimi qəbul edilən Hz.Sahib-əz-Zamanın mövlud (ad günü) mərasiminin azərbaycanlı məddah tərəfindən təntənəli şəkildə qeyd edildiyi görüntülənib. Kadrlarda ən diqqət çəkən tərəf isə islami bir yük daşıyan ad günü mərasiminə xristian mədəniyyətinə xas olan şəkildə tort gətirilməsi idi.

Tarix
2014.03.13 / 23:32
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla