Yuxarı

Xalq artisti ağır qəzaya düşdü: xanımı və nəvəsi öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakının Suraxanı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Zığ yolu şosesində qeydə alınan hadisə zamanı iki minik avtomobili toqquşub. Hava limanı istiqamətində hərəkətdə olan "Mercedes Galendewagen" maraklı minik maşını idarəetmədən çıxaraq "VAZ 2106" maraklı minik maşınına çırpılıb. Zərbə o qədər güclü olub ki, "Jiquli" deforasiyaya uğrayaraq tanınmaz hala düşüb (ANS).

"Jiquli" ilə toqquşmadan sonra "Mercedes" 300 metr məsafə qət edib və dəmir arakəsmələrə çırpıldıqdan sonra əlavə 200 metr məsafə gedib və yolun ortasına aşıb.

Nəticədə "VAZ 2106"-da olan orta yaşlı xanım hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar maşında olan sərnişinlər 64 yaşlı Ağasəlim Abdullayev və 30 yaşlı Səadət Abdullayevadır.

Qeyd edək ki, bu, Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevdir. Avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub.

Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən "Mersedes"in sürücüsü həddən artıq sərxoş olub.

Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq "Mersedes"in sürət həddini aşması göstərilir.

Tarix
2014.03.15 / 10:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla