Yuxarı

Rabitə nazirliyi mobil operatorlara vaxt verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rabitə nazirliyi mobil operatorlara vaxt verdi

"Rabitə və İnformasiya Texnologiya Nazirliyi nömrələrin daşınması sistemi ilə bağlı texniki problemləri aradan qaldırmaq üçün mobil rabitə operatorlarına yanvarın 1-dək vaxt verib. Bu müddətdə isə onların məhkəməyə verilməsi təxirə salınıb",- bunu "Axar.az"a açıqlamasında RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, məhkəmə məsələsinə problem həll olunduqdan sonra baxılacaq:

"Mobil nömrələrin daşınması sistemi operatorlar öz texniki problemlərini həll etdikdən sonra işə başlayacaq. Bunun üçün həmin qurumlar nazirlikdən vaxt istəyiblər. Nazirlik hesab edir ki, operatorlar problemlərini təcili həll edib yanvarın 1-dən sistemi işə salmalıdırlar. Məhkəmə məsələsinə isə problem həll olunduqdan sonra baxılacaq".

Qeyd edək ki, mobil nömrələrin daşınması xidməti dünyada, xüsusilə də Avropada geniş yayılıb. MDB məkanında isə Azərbaycan bu sistemi tətbiq edən ilk ölkə olacaq. İqtisadçı ekspertlərin fikrincə, sistemin tətbiqi mobil rabitə qiymətlərinin ucuzlaşmasına səbəb olacaq. Beynəlxalq təcrübəyə görə, mobil köçürmə sisteminin tətbiqi mobil danışıqların qiymətlərində orta hesabla 10 faiz ucuzlaşmaya səbəb olur. Məsələn, Türkiyədə bu sistemə keçid bir ildə mobil tariflərdə 40 faiz ucuzlaşma ilə nəticələnib. Əvəzində isə keyfiyyət xeyli artıb. Azərbaycan isə mobil telefon tarifinin yüksəkliyinə görə MDB-də ilk beşlikdə yer alıb. Ən ucuz danışıq tarifi isə Özbəkistandadır. Bu ölkənin sakinləri mobil danışığın hər dəqiqəsi üçün bizim pulla hesablasaq 1,57 qəpik ödəməli olurlar. Bizim ölkə sakinləri üçün isə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 5,49 qəpiyə başa gəlir.

Tarix
2013.11.06 / 23:10
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla