Yuxarı

Erməni oliqarxların Şuşadakı villaları - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni oliqarxların Şuşadakı villaları - Fotolar

Erməni oliqarxları Şuşada villalar tikirlər

Ermənistan parlamentinin keçmiş deputatı, Futbol Federasiyasının rəhəbəri Ruben Ayrapetyan Azərbaycanın işğal olunmuş Şuşa şəhərində lüks villa tikir. Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazır.

Qəzet yazır ki, "oliqarxlar Şuşada bahalı villalar tikməklə Qarabağa bağlılıqlarını göstərirlər, yəni onlar Şuşanın nə vaxtsa azərbaycanlılara geri qayıtmacağından əmin olaraq, buraya küllü miqdarda vəsait sərf edirlər".

Separatçı rejimin baş nazirini müavini Artur Ağabekyan da Şuşada yeni tikililər barədə xəbəri təsdiqləyib. O bildirib ki, digər iş adamları da Ruben Ayrapetyan kimi Şuşada villalar və ya biznes müəssisələri tikdirmək istəsələr, buna icazə veriləcək.

Ağabekyanın sözlərinə görə, Dağlıq Qarabağda bu kimi binaların tikilməsi Qondarma Respublikanın xeyrinədir. Belə ki, istənilən halda bu kimi tikililər "qarabağlılar" üçün yeni iş yerləri deməkdir. Bununla yanaşı, bina və ya villa sahibləri əmlak vergisi də ödəyəcəklər. Ev sahibi dincəlməyə gələndə işıqpulu, qazpulu ödəyəcək ki, bu da "Qarabağın" xeyrinədir" ("Musavat.com")

Tarix
2013.11.06 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla