Yuxarı

Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Azərbaycan Avropada əsas silah növlərinin idxalçı-ölkələri arasında ikincidir.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Stokholm Sülh problemlərinin araşdırılması institutunun ((Stockholm International Peace Research Institute (SIPRI)) hesabatında deyilir.

Sənəddə 2009-2013 və 2004-2008-ci illərdə dünyanın bir sıra bölgələrində silah ixracı və idxalı göstəricilərinin müqayisəli analizi yer alıb.

Hesabatda qeyd olunub ki, son 5 ildə Avropada silah idxalı 2004-2008-ci illərlə müqayisədə 25 faiz azalıb. Böyük Britaniya əsas silahların ən iri idxalçısıdır. Bu ölkənin payına Avropanın silah tədarüklərinin 12 faizdən çox hissəsi düşür. İkinci yerdə Azərbaycan (12 faiz), üçüncü yerdə isə Yunanıstandır (11 faiz).

2044-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycana silah idxalı 378 faiz artıb.

Hesabata əsasən, son 5 ildə Azərbaycana idxal olunan silahların 80 faizi Rusiyadan alınan silahların üzərinə düşür. Azərbaycan həmçinin Belarus, Ukrayna, İsrail və Türkiyədən silah idxal edib.

Qeyd edək ki, dünyada ən iri silah ixracatçısı ölkələri bunlardır: ABŞ (dünyada silah ixracının 29 faizi), Rusiya (27 faiz), Almaniya (7 faiz), Çin (6 faiz) və Fransa (5 faiz)

Tarix
2014.03.19 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Yəmənin gələcək taleyini müəyyən edə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla