Yuxarı

Lənkəranda sələmçi qadın güllələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 21-də, gecə 23 radələrində Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yaşayan Sürəyya Tağı qızı Tağıyeva baldırından güllələnib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən S.Tağıyeva orada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Məlumata görə, qadın həmin ünvanda nəvəsi ilə birgə yaşayırmış. Qətlin qəbəbi bilinməsə də, ilkin ehtimala görə, cinayət hadisəsinin səbəbi tamahdır. Belə ki, Sürəyya Tağıyevanın sələmçi olduğu söylənilir. Xatırladaq ki, Lənkəranda anoloji hadisə bir həftə öncə də baş verib. Maskalı şəxslər bir qadının evinə basqın edərək, onun əl qolunu bağlayıb və qızıllarını aparıblar.

Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Tarix
2014.03.22 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla