Yuxarı

“Alov qüllələri” Fransa televiziyasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Alov qüllələri” Fransa televiziyasında

"France 5" kanalı 1 saat "Azərbaycanın nəhəng tikililəri"ndən danışıb.

Fransada geniş yayılmış və tamaşaçılar tərəfindən daim izlənilən "France 5" televiziya kanalında martın 23-də "Azərbaycanın nəhəng tikililəri" adlı 50 dəqiqəlik veriliş yayımlanıb.

Aparıcı Denny Forster verlişin əvvəlində yeraltı və yerüstü sərvətlərlə zənginolan Azərbaycanda XX əsrin başlanğıcından etibarən neft çıxarıldığı, keçmişsovetlər birliyinin süqutundan sonra müstəqillik əldə edən ölkəmiziniqtisadiyyatının sürətli inkişafı sayəsində Bakının simasının ildən-ilədəyişdiyi, son illər paytaxtımızda dünyanın ən mürəkkəb və maraqlı memarlıqlayihələri əsasında analoqu olmayan abidələrin inşa olunduğu barədə fransıztamaşaçılarına ətraflı məlumat çatdırılıb.

Verilişdə əsasən Heydər Əliyev Mərkəzindən və "Alov qüllələri"ndən bəhs olunub.Hər iki memarlıq abidəsində müasir texnologiya sayəsində mürəkkəb quraşdırmaişlərinin aparıldığı diqqətə çatdırılmış, dünyanın tanınmış memarı Zaha Hadidinlayihəsi əsasında tikilən mərkəzin interyeri, müxtəlif tədbirlər üçün nəzərdətutulan zalları öz geniş əksini tapmışdır. Eyni zamanda "Alov qüllələri"nintikintisinin çox mürəkkəb şəraitdə həyata keçirildiyi və üç hündür binanınaxşamlar şəhərə xüsusi yaraşıq verdiyi vurğulanıbdır.

Həmçinin verilişdə paytaxtımızın müasir abidələri arasında Bayraq meydanınınxüsusi maraq doğurduğundan, şəhərimizin qonaqlarında böyük təəssüratyaratdığından da söhbət açılıb.

Bakının Dağüstü parkında yerləşən Şəhidlər xiyabanından danışan müəllif 24 iləvvəl öz müstəqilliyini bərpa etmək arzusu ilə dinc nümayişlər keçirənxalqımıza Sovet rejimi liderlərinin əmri ilə amansızlıqla divan tutulması,yüzlərlə silahsız insanın vəhşiliklə qətlə yetirilməsi, onların ŞəhidlərXiyabanındakı qardaşlıq qəbiristanlığında dəfn olunması haqqında məlumatverilib.

Azərbaycanda müxtəlif milli azlıqların və etnik qrupların yerli xalqla əsrlərboyu dostcasına və mehriban şəraitdə yaşadıqları, Azərbaycan tolerantlığınındigər ölkələrə nümunə olduğu verilişdə xüsusi qeyd olunub.

"France 5" televiziya kanalının bu verilişi erməni lobbisinin güclü olduğu Fransakimi ölkədə Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri yaymaq baxımındandiqqətə layiqdir.

Tarix
2014.03.23 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bak, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla