Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
22:04
Ana səhifə Toplum |
Azərbaycan Silahlı Qüvvələrinin 3 ölkədə hərbi attaşelik aparatları təsis edilib.
"Axar.az" "APA"ya istinadən xəbər verir ki, bu informasiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilib.
Yeni hərbi attaşe aparatları Braziliya, CAR və İndoneziyadakı səfirliklərin nəzdində olacaq. Təsis olunmuş yeni hərbi attaşeliklərə təyinat həyata keçirilməyib.
Bununla Azərbaycan Silahlı Qüvvələrinin xarici dövlətlərdə hərbi attaşeliklərinin sayı 21 olub.
Nazirlikdən verilən məlumata görə, ötən il Xorvatiya, İraq, Macarıstan, Nigeriya, Serbiya, Sloveniya, Yunanıstan və Zambiyanın iqamətgahı digər ölkələrdə yerləşən hərbi attaşeləri Azərbaycanda akkreditə olunublar.
Tarix
2014.03.25 / 12:15
|
Müəllif
Axar.az
|