Yuxarı

Məmməd Qocayevin 75 illik yubileyi qeyd olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmməd Qocayevin 75 illik yubileyi qeyd olundu

Bakı Slavyan Universitetinin (BSU) qocaman professoru, görkəmli alim və pedaqoq Məmməd Qocayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə professorun ömür yolu və pedaqoji fəaliyyəti ilə bağlı film nümayiş olunub.

Yubiley münasibətilə M. Qocayevi təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva görkəmli alimin yubileyinin universitetin 70 illik yubileyi ilə eyni vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib: “Hər bir təhsil ocağının tarixində ömrünü məhsuldar elmi-pedaqoji fəaliyyətinə, tələbələrinin təlim-tərbiyəsinə fədakarlıqla xərcləmiş dəyərli müəllimlər var. Məmməd Qocayevin adı və şöhrəti bir universitet çərçivəsinə sığmır. Görkəmli ədəbiyyatşünas alim uzun illərdir çoxcəhətli fəaliyyəti və yaradıcılığı, müdrikliyi və sadəliyi ilə ətrafındakı insanların, işlədiyi kollektivin hörmət və ehtiramını qazanıb”.

Tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, professorlar Qəzənfər Paşayev, Bədirxan Əhmədov, Rüstəm Kamal və digərləri Məmməd Qocayevlə bağlı xatirələrini bölüşüblər. Natiqlər dünya fəlsəfə və ədəbiyyat tarixinin ən qiymətli əsərlərini doğma dilimizdə görməyi təbliğ edən alimin “Dostoyevskinin poetikasının problemləri” monoqrafiyasını Azərbaycan dilinə çevirməklə, ədəbiyyatşünaslığımızda ciddi canlanma yaratdığını qeyd ediblər.

M. Qocayev isə ona ünvanlanan təbriklərə görə minnətdarlığını bildirib.

Sonda M. Qocayevə BSU tərəfindən nəşr olunan “Elm və mənəviyyat zirvəsi” adlı kitab və hədiyyələr təqdim edilib.

Tarix
2016.12.02 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla