Ana səhifə Toplum |
Azəriqaz İstehsalat Birliyi (İB) "smart" tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib.
Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev APA-ya açıqlamasında bunu təsdiqləyib. Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir. Bununla yanaşı, İ. Kərbəlayev qeyd edib ki, limit müvəqqəti xarakter daşıyır.
"Əhali abonentləri tərəfindən 1 ay müddətində istehlak olunan təbii qazın maksimal həcmi hesablanmış və 200 manat məbləğində limit tətbiq olunub. Bunun səbəbi ilin sonunadək proqram təminatında yenilənmənin aparılmasıdır. Gələn ilin yanvar ayının 1-dən etibarən limit aradan qaldırılacaq. Limitin tətbiq olunmasına səbəb həmçinin Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaqdır", - deyə o bildirib.
Tarix
2016.12.03 / 11:23
|
Müəllif
Axar.az
|