Yuxarı

Məscidlərə vəhabi kitabları paylanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məscidlərə vəhabi kitabları paylanılır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən çap edilən "Vəhhabi cərəyanı" kitabı ölkədəki məscidlərə paylanır.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, QMİ sədrinin müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu "Vəhhabi cərəyanı" adlı kitab çapdan çıxıb.

Kitab Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib. Kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekpertizasından keçib və komitənin 12 fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən çap olunmasına icazə verilib.

Kitabın məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin edilib ("Trend").

Tarix
2014.03.27 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla