Yuxarı

“Azadlıq” qəzeti bağlanmaq ərəfəsindədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropoliteninin rəisi Tağı Əhmədov məhkəmə iddiası üzrə "Azadlıq" qəzetinin ona 30 min manat pul kompensasiyasını hissə-hissə ödəməsi barədə qərarına yenidən baxıb.

T.Əhmədov vəsaitin 10 il müddətində aylıq 300-400 manat həcmində ödənilməsi ilə bağlı bu ilin mayında verdiyi razılıqdan imtina edib. Vəkilin onu "düzgün başa düşmədiyini" əsas gətirən T.Əhmədov məhkəməyə şikayət edərək cərimənin hamısının dərhal ödənilməsini tələb edib. Yasamal Rayon Məhkəməsi hələ oktyabrın 25-də "Azadlıq" qəzetinin redaksiyasını xəbərdar etmədən və redaksiya nümayəndəsinin iştirakı olmadan T.Əhmədovun müraciətinə baxıb. Beləliklə, qəzetə qarşı pul sanksiyasının məbləği 65 min manata çatıb.

Bundan əvvəl "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın 32 min manatlıq iddiası üzrə redaksiyanın bank hesabına həbs qoyulub. Bundan əlavə, məhkəmə redaksiyanın Yasamal rayon məhkəmə icraçıları şöbəsinin şikayəti üzrə 3 min manat ödəməsi barədə qərar çıxarıb. Oktyabrın 18-dən Bakı metrosunda "Azadlıq" qəzetinin satışına gizli qadağa qoyulub.

Eyni zamanda qəzet "Qasid" Dövlət Mətbuat Yayımı Şirkətindən satışdan daxil olan 55 min manat həcmində borcunu ala bilmir. Dünən isə qəzetin nəşr olunduğu "Azərbaycan" Nəşriyyatı redaksiyaya ultimatum göndərib. Qəzet noyabrın 12-dək 25 min manat ödəməsə nəşri dayandırılacaq.

Tarix
2013.11.08 / 10:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla