Yuxarı

Siyavuş Novruzov Rəqsanənin tatuajından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müğənni Rəqsanənin mərhum prezident Heydər Əliyevin imzasını qoluna döydürməsi məsələsinə münasibət bildirib.

YAP-çı deputat deyib ki, ulu öndər Heydər Əliyevin imzası olan döş nişanları buraxılıb və insanlar da ulu öndərin xatirəsini əbədiləşdirmək üçün həmin nişanları döşlərində gəzdirirlər. Onun sözlərinə görə, bu cür məqsədlər üçün ulu öndərin şəkillərini də müxtəlif formalarda çap ediblər və sairə: "Hətta, mən bir dəfə gördüm ki, avtomobildə ulu öndərin imzasını vurmuşdular. Biz bu məsələ ilə əlaqədar Dövlət Yol Polis İdarəsinə müraciət etdik və onlar da bunun qarşısını aldılar. Hesab edirəm ki, ümummilli liderin adı ilə bağlı olan, onun adını və ya imzasını əks etdirən hər hansı atribut ən şərəfli, ləyaqətli, uca və ali yerlərdə olmalıdır. Mən həmin verilişə baxmamışam, ancaq bu efirdə gedibsə, təbii ki, bundan təəssüflənirəm".

Xatırladaq ki, martın 23-də "Space" telekanalının efirində yayımlanan "Sevimli şou" verilişində qonaq olan müğənni Rəqsanənin qoluna döydürdüyü mərhum prezident Heydər Əliyevin im zası efirdən nümayiş olunub ("Publika.az").

Tarix
2014.03.27 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla